Yaşlı kişi yoldan keçənlərə atəş açdı – FOTO/VİDEO

Fransanın paytaxtı Parisdə silahlı hücum nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hücum Ahmet Kaya Mədəniyyət Mərkəzinin yaxınlığında baş verib.

Paytaxtın 10-cu bölgəsində, Enghien küçəsində bir nəfər ətrafdakı insanlara atəş açıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polisin 69 yaşlı silahlını hadisə yerində saxladığı açıqlanıb. Bildirilib ki, hücum edən şəxs bir il əvvəl immiqrasiya mərkəzinə hücum edib.

Hücumun səbəbi açıqlanmayıb.