Yaşlı kişiyə oğlu və gəlini İŞGƏNCƏ VERDİ  

Göygöl rayonunda yaşlı kişiyə yaxınları tərəfindən ağır xəsarət yetirilib.

Yenicag.az xəbər verir ki, 1954-cü il təvəllüdlü M.Hüseynov baş nahiyəsindən kəsici xəsarətlər alaraq ağır halda xəstəxanaya yerləşdirilib.

M.Hüseynovun dediyinə görə, ona ailə münaqişəsi zəminində oğlu və gəlini xəsarət yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.