Yaşlı qadın bədbəxt hadisə nəticəsində öldü

f180Bakıda 80 yaşlı qadın hamamda yıxılaraq ölüb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 17 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1935-ci il təvəllüdlü Zərifə Şirəli qızı Bəgulova yaşadığı evin hamamında yıxılıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.