Yaşlı qadın evində ölü tapıldı

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az- a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Orada aşkarlanan 69 yaşlı Arjevitina Yekaterina Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.