Yaşlı qadını yük maşını vurdu – Bakıda

Bakının Binəqədi rayonu ərazisində yaşlı qadını “Kamaz” markalı yük maşını vurub.

Yenicag.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Hacıyeva Nazxanım Bayram qızı sürücü tərəfindən ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində sürücünün izahatı alınıb.