!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Yaşlı sənətkarı işdən çıxarmaq olmaz”, - deyən millət vəkilinə Xalq artistindən CAVAB

!Reklam – Yazi

“Aqil Abbasın Milli Məclisdə səsləndirdiyi fikirlər həqiqətdir. Sağ olsun ki, sənətkarları düşünərək, onların müdafiəsinə qalxıb”.

Bunu Millət vəkili Aqil Abbasın Milli Məclisin bu gün keçirilən plenar iclasında yaşlı aktyorların işdən çıxarılmasına etdiyi etiraza cavab olaraq tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Tariyel Qasımov Azərbaycanda yalnız bir teatrda yaşlı aktyorların işdən uzaqlaşdırıldığını bildirib:

“Azərbaycanda hər zaman yaşlı aktyorlar səhnədə olub. Rəhmətlik aktyor Ağasadıq Gəraybəyli 90 yaşını keçmişdi, gözləri görmürdü, amma səhnədə parlaq obrazlar yaradırdı. Rafiq Əzimovun 84 yaşı var, amma teatrda çalışır. Çoxdur belə aktyorlarımız…

Yalnız Gənc Tamaşaçılar Teatrında yaşlı və ömrünü səhnəyə həsr edən sənət adamları işdən kənarlaşdırılır. Bunun da səbəbkarı həmin teatra təyin olunan direktordur. O xanım direktor kimə arxayındır, arxasında kim dayanır, bilmirəm. Hər halda nazirlik də buna göz yumur. Digər yaşlı sənətkarlar kimi məni də teatrdan çıxardı. Gəldi ki, səninlə işləmək istəmirəm, vəssalam. Çünki istedadlı insanlarla, sənətkarla işləmək çətindir. Zəif aktyorları ətrafında saxlayır. Bbilir ki, nə desə, onlar “baş üstə” deyəcək, sənətkar isə bunu etməyəcək. Mənim yaşım çox olsa da, cavan oğlanlar belə hər mənada mənimlə yarışa bilməz. Səhnədə gənc aktyoru nə qədər qrimləsən, saqqal qoysan da yaşlı obrazı canlandıra bilməz. Yenə də onun gözləri parıldayacaq. Amma yaşlı aktyor elə yaşlı obrazını olduğu kimi oynayacaq.

Dünyanın heç bir ölkəsində sənətkara qarşı belə davranış olmayıb. Hətta xəstə aktyorları belə hörmət-izzətlə teatra gətiriblər. Həmin aktyorun səhnəyə çıxması bəs edib ki, o tamaşa anşlaqla keçsin. Sənətkarın təkcə adı belə o teatr üçün uğurdur, hələ oyununu demirəm. Direktor gəldi-gedərdir. İki ildən, beş ildən sonra teatrda yeni direktor əvəzlənə bilər, amma aktyor əbədi səhnədə olmalıdır”.

Cəvahir

www.yenicag.az

1099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv