!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşyarımlıq körpənin gözlərinin görə bilməsi üçün lazım olan puldan 1200 manat əskikdir - FOTO

!Reklam – Yazi

Cəmi 1 yaş 8 aylıq olan Qazıyev Asif Seymur oğlu doğulduğu gündən dünya işığına həsrət qalıb və onun gözlərinin görə bilməsi üçün cəmi 1200 manat pula ehtiyac var.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun anası Qazıyeva Yeganə Tofiq qızı məlumat verib.

O bildirib ki, körpəsinin problemini əvvəlcədən anlamayıb:

“Mənə deyirdilər ki, bu uşağın göz bəbəkləri irəli gəlib. Mən isə düşünürdüm ki, hələ çox balacadır. Ola bilsin zamanla dəyişəcək. Lakin həkimə apardığım zaman məlum oldu ki, Asifin gözləri cəmi 1 faiz görür. İki özəl, bir dövlət xəstəxanasında müayinə etdirdim. Cavab isə eyni oldu: təcili əməliyyat edilməlidir. Asifin gözlərinə linza qoyulmalıdır. Bu linzalar sayəsində o görmə qabiliyyətinin 30 faizini bərpa edə biləcək. Əgər yaşı daha böyük olsaydı, ona çıxarılıb-taxıla bilən linzalardan qoyulardı. Lakin oğlum çox balaca olduğundan bu mümkün deyil. Onun gözü əməliyyat edilərək, linza yerləşdirilməlidir. Bu linzalar ABŞ-dan Türkiyəyə, oradan isə Azərbaycana gətirilir. Özəl klinikadan bildirdilər ki, linzanın sifarişi ilə Bakıya çatdırılması müddəti 21 gün çəkir. Bu əməliyyatın qiyməti 800 AZN-dir. Linzanın sifarişi, əməliyyat və müalicələr birlikdə 4 min manata başa gələcək. Xeyirxah insanların köməyi ilə 2800 manat toplamışıq. Bizə 1200 manat lazımdır ki, oğlum dünyanı görə bilsin. O indi iməkləyir. Gözləri görmədiyi üçün tez-tez özünü əzir. Çalışdığım qədər nəzarət edirəm. Lakin mən də hər gün işə gedirəm. Təmizlik işçisi olduğum üçün maaşım bu əməliyyatı qarşılamağa imkan vermir. İmkanlı şəxslərdən bizə əskik qalan pulu toplaya bilməyimiz üçün bizə yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 050 491 55 59

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv