!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yatağa məhkum olan tanınmış yazıçı: “Həkimlər acizdir”

!Reklam – Yazi

Bir neçə ildir ki yatağa məhkum olan tanınmış yazıçı Vidadi Babanlının səhhətində irəliləyiş yoxdur.

Yenicag.az-a açıqlama verən yazıçı ümidsiz olduğunu bildirib:

“Əvvəllər həkim gəlib evdə müayinə edirdi, indi daha gəlmir. Özüm istəmirəm. Çünki həkimlər də əlac edə bilmir, onlar da acizdir. Nə qədər dava-dərman qəbul etmək olar? Heç bir irəliləyiş yoxdur. Yeriyə bilmirəm, gözlərim görmür, yatağa məhkumam. Artıq qismətimlə barışmışam”.

Yazıçı yeni romanını bitirə bilmədiyi üçün təəssüf hissi keçirdiyini deyib:

“Yeni romanımı tamamlamaq istəyirəm, ancaq bacarmıram. Əlim qələm tutmur, gözlərim də görmür. Bir yazıçı üçün bundan ağır nə ola bilər? İstəmirəm ki, romanım yarımçıq qalsın. Onu tamamlasaydım, rahat olardım”.

Cəvahir

www.yenicag.az

2017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv