Yataqxana binasında yanğın

Bakı şəhərinin Binəqədi rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının dam örtüyündə taxta tullantıları 10 m² sahədə və elektrik kabeli 8 p.m yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.