Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi olub.
FHN-dən Yenicag.az-a verilən xəbərə görə, üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.