Yataqxanada yanğın olub

Qəbələdə yanğın hadisəsi baş verib.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda dördmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.