!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxalanan narkotik aludəçiləri narkobaronu ələ verdilər - FOTO

!Reklam – Yazi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şübhəli bilinən rayon sakinləri İ.Dadaşov, əvvəllər məhkum olunmuş E.Əlizadə və T.Məmmədov saxlanılıblar.

Keçirilən baxış zamanı onların üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla həmin şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olan Cəlilabad rayonunun Göytəpə şəhər sakini E.Hətəmov müəyyən edilərək saxlanılıb.

Keçirilən baxış zamanı onun yaşadığı evdən 40 qramdan artıq heroin və əlavə olaraq hazır bükümlərdə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv