Yaxın keçmişin məşhur futbolçusu Azərbaycan yolunda

Əfsanəvi argentinalı futbolçu Xavyer Zanetti Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə sabiq müdafiəçi özü instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

Hazırda İtaliyada “İnter”in vitse-prezidenti vəzifəsini yerinə yetirən 50 yaşlı mütəxəssis paylaşımında səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu yazıb.

Xavyer Zanetti 1995-2014-cü illərdə “İnter”in şərəfini qoruyub.

//Sportinfo.az