!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə GƏRGİNLİK: Tehran oyunların mərkəzinə düşdü – Səxavət Məmməd yazır

!Reklam – Yazi

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi Yaxın Şərqdəki prosesləri daha da sürətləndirdi. Belə ki, İran prezidenti Məsud Pezeşkianın ABŞ və Qərblə münasibətləri qurmaq yönündə addımlar atacağı, sanksiyalardan qurtulmağa çalışacağı iddia edilirdi. “Hizbullah” liderinin öldürülməsi həm İranın fərqli addımlar atacağının qarşısını kəsdi, həm də rəsmi Tehranı birbaşa oyunların mərkəzinə gətirmiş oldu.

İsrailin Yaxın Şərqdə planlarının baş tutmasında qarşısında duran əsas əngəl İrandır. Yəni, İranla İsrail arasındakı düşmənçiliyin əsas səbəbi Yaxın Şərqdir. Çünki hər iki ölkənin strateji maraqları içərisində birinci hədəf Yaxın Şərqə tam nəzarət etməkdir. Din, milli kimlik bəhanələrdən başqa bir şey deyil. Düzdür, Yaxın Şərq Türkiyənin strateji hədəflərini içərisindədir. Məsələ ondadır ki, İran bu yöndə Türkiyədən xeyli irəlidədir. İranın proksi qüvvələri dövlət halına gəldiyi halda, Türkiyə bu yöndə hələ çox geridə qalır. Bundan əlavə, PKK, PYD kimi terror təşkilatları da Türkiyənin başını sərhədlərindən kənara çıxarmağa imkan vermirdi.

İranın İsrailə zərbələr endirəcəyi gözlənilən idi. Həsən Nəsrullah öldürləndə bu iddianı ortaya atmışdım. Çünki İran yenə səbr nümayiş etdirsə, diş göstərməzsə, nəinki “Hizbullah”ı, bir neçə təşkilatı itirə bilərdi. Ən azı o təşkilatlar arasında İrana inam azalacaqdı. Həsən Nəsrullahın öldürülməsi İranı məcbur etdi ki, hərəkətə keçsin. Haniyənin Tehranda öldürülməsi İranı hərəkətə keçirməmişdi. Keçirə də bilməzdi. İran yalnız öz ölkəsində öldürüldüyü üçün bu məsələyə acıqlı olduğunu göstərirdi. HƏMAS və “Hizbullah” arasında məzhəb fərqi var. Bunu gözardı etmək olmaz.

İran prezidenti hətta Qərb və ABŞ xəttini də götürsə, İran asanlıqla proksilərindən əl çəkməyəcəkdi. İran bu günə qədər proksilərinə milyardlarla dollar vəsait xərcləyib, bir anlıq bundan əl çəkməsi mümkün deyil. Hətta iddialar var ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raket zərbələrini endirəndən sonra Pezeşkianı xəbərdar edib. Ümumiyyətlə, İran müdafiə nazirliyinin tabeliyindəki qoşunlarla SEPAH-ın qoşunlarını müqayisə etdikdə ikincilərin daha güclü olduğunu görə bilirik. Yəni, SEPAH-ın fikrini, razılığını almadan siyasi xəttin dəyişəcəyini gözləmək olmaz.

İranla İsrail arasında ilk birbaşa hərbi toqquşma bu ilin aprel ayının 13-dən 14-ə keçən gecə baş verdi. İranın o hücumu ilə dünən gecəki hücumu arasında bir neçə fərq var idi. Birinci fərq xəbərdarlığın edilməməsi idi. İkinci fərq isə birinci hücumda daha çox dronlardan, az sayda isə raketlərdən zərbələrin endirilməsi idi. Ona görə də, İranın hücumu saatlar çəkmişdi. Dronları zərərsizləşdirmək isə asan olmuşdu. Ancaq İsrail birinci hücumu təkbaşına yox, ABŞ və İordaniyanın köməkliyi ilə dəf edə bilmişdi. Fiziki baxımdan ciddi zərər almasa da, maddi baxımdan bu hücumun qarşısını almaq İsrail və müttəfiqlərinə baha başa gəlmişdi. Yeri gəlmişkən, birinci hücumda İranın ballistik raketləri İsrail aviabazalarına düşə bilmişdi. Bu, İsrail və müttəfiqlərinə bir mesaj olmalı idi.

İranın dünən həyata keçridiyi hücum isə daha güclü və dəqiq idi. Düzdür, ilk başda İsrailin təkbaşına bu hücumu dəf etməyə çalışdığı deyilsə də, sonradan məlum olur ki, ABŞ-nin ərazidəki hərbi təyyarələri də raketləri vurmağa çalışıb. Yeri gəlmişkən SEPAh bu hücumda ilk dəfə hipersonik raketlərdən də istifadə edib.

İsrail və İran raket zərbələri ilə bir-birinə daban-dabana zidd açıqlamalar verir. İsrail raketlərin 80 faizinin vurulduğunu deyir, İran isə raketlərin 80 faizinin hədəflərə çatdığını. Bu söz güləşməsini bir kənara qoyub, videogörüntlərə nəzərə salsaq, raketlərin ən azı yarısından çoxunun hədəflərə düşüdüyünü deyə bilərik. Məsələ ondadır ki, hipersonik və ballistik raketlər olsalar da dağıdıcı güclərinin az olması diqqətdən qaçmır. Hər zaman dediyim sözə gəlirəm, kütləvilik hava hücumundan müdafiə sistemlərinin bir nömrəli düşmənidir.

İsrail tərəfi mülki əhali arasında itkinin olmamasını qabardır. Bununla da İranın raket zərbələrini cılızlaşdırmaq xətti tutur. Məsələ ondadır ki, raket zərbələrinin düşdüyü istiqamətlərə xəritələr üzərində baxdıqda bu daha çox aviabazalar, hava limanları və MOSSAD-ın qərargahının hədəfə alındığını göstərir.

İsrail tərəfi İrana ağır cavab verəcəyinin mesajlarını verir. Ancaq bunu edib-etməyəcəyi sual altındadır. Əgər edəcəksə, necə edəcəyi maraq doğurur. Çünki İran konkret olaraq hərbi hədəfləri hədəf almışdı. İstər ABŞ, istərsə də İsrail İranın asan yem olmadığını gördü. Yeri gəlmişkən, İranın yüzlərlə raketi yenidən hazırladığı barədə iddialar var. Yəni, İsrailin endirəcəyi zərbələrə cavab zərbələri olacaq.

İrana raket zərbələri müharibənin miqyasını da dəyişəcək. Yəni, İranın təkcə raketlərlə cavab verəcəyini gözləməməliyik. İrana bağlı təşkilatlar səfirlikləri, böyük şirkətləri hədəf ala bilər. Yəni, bu hücumlar dünyanın hər yerində böyük bir terror dalğasını başlada bilər.

Türkiyə prezidenti açıq şəkildə bəyan etdi ki, İsrailin növbəti hədəfi Türkiyə olacaq. Türkiyə liderinin bu cür açıqlama verməsi gözlənilən idi. Çünki Yaxın Şərq uğrunda savaşda ABŞ və müttəfilərinin qarşısında birinci dərəcəli problem İrandırsa, ikinci sıradakı Türkiyədir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Türkiyə açıq savaşa qoşulmasa da, proseslərə daha yaxından, yəni, təkcə sözlü şəkildə yox, sahədə də qoşulacaq.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, bomba-sığınacaq mərkəzlərinin müasir dövrün müharibələrində necə əhəmiyyətli olduğunu görmək lazımdır. Bu da bizə bir mesaj olsun.

COP29

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv