Yaxın Şərqdə ölümcül virusa yoluxanların sayı artdı

Bəhreyndə koronavirusa yoluxanların sayı artıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə 6 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da koronavirus daşıyıcılarının sayı 36-ya çatıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 859 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 729-dan çoxdur.