!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə savaşacaq ölkələrin siyahısı açıqlandı – Kim kimin tərəfində olacaq?

!Reklam – Yazi

Britaniyanın “Mirror” qəzeti son münaqişələri dəyərləndirən məqaləsində Türkiyə ilə bağlı diqqətçəkən məqalə dərc edib.

Yenicag.az xəbər verir ki, bölgədə müharibənin qızışa biləcəyini proqnozlaşdıran qəzet belə bir müharibədə Türkiyənin İran, Çin və Rusiyanın İsrail və onun Qərb müttəfiqlərinə qarşı vuruşacağını iddia edib.

Yaxın Şərqdə Qəzza qətliamı ilə başlayan münaqişə prosesi İsrailin Livan və Suriyaya hücumu ilə fərqli miqyas alıb. Bu vəziyyətə İrandan İsrailə atılan raketlər də əlavə olunca regional müharibə şərhləri verilməyə başlanıb. İngilis qəzeti də bu mövzuda diqqətçəkən şərh verib. “Mirror” qəzetində yer alan xəbərə görə, İranın bölgədəki silahlı ünsürlərinə baxmayaraq, İsrailin ABŞ və İngiltərə başda olmaqla Qərb dövlətlərindən dəstək aldığı bildirilib.

Xəbərdə münaqişənin böyüyüb qlobal müharibəyə çevriləcəyi təqdirdə, hansı ölkənin İsrailə, hansının İrana dəstək verəcəyinə dair siyahı da yer alıb. Məlumata görə, ABŞ-la əlaqələri keçmiş prezident Harri Trumenin onu tanımaq qərar verməsinə nail olan İsrail başda ABŞ olmaqla, bir çox ölkələrdə güclü müttəfiqlər qazanıb. Böyük Britaniya və Avropa Birliyinin İsrailin tərəfində olacağı qəti şəkildə proqnozlaşdırılırdı. Bu təxmin Britaniyanın Avropa ölkələri ilə geniş ticarət və hərbi əlaqələrinə əsaslanırdı. Həmçinin Qərb dövlətlərinin, xüsusilə Böyük Britaniya və ABŞ-ın İranla bağlı İsraillə eyni perspektivə malik olduğu vurğulanıb.

“Mirror” qəzetinin xəbərlərində İrana hansı dövlətlərin dəstək verə biləcəyi də yer alıb.

“İran İsrailin ABŞ, Avropa İttifaqı və Böyük Britaniya ilə müttəfiqliyinə cavab olaraq Rusiya, Çin və Türkiyə ilə dəstək şəbəkəsi qurmağı bacarıb”, – deyə qeyd edilib.

Xəbərdə Rusiya və İranın Qərbin sanksiyalarına məruz qaldığı və iki ölkənin strateji əlaqələr qurduğu qeyd edilib. Həmçinin, Çinin hasilatın artmasına cavab olaraq, enerji ehtiyacını İran vasitəsilə ödəməyi seçdiyi və buna görə də Tehranla müxtəlif müqavilələr və sazişlər imzaladığı vurğulanıb.

Ehtimal olunan böyük müharibədə İrana dəstək verəcək ölkələr sırasında sayılan Türkiyə ilə bağlı hər hansı təfərrüat verilməməsi diqqət çəkib. İngilis qəzetinin bu xəbəri Türkiyənin Rusiyadan S-400 raketlərini aldıqdan sonra F-35 proqramından çıxarılması, sonra isə NATO-dan çıxarılması çağırışlarını xatırladıb. Oxların Türkiyəyə doğru dönməsi adı altında müzakirələrin məhsulu kimi şərh edilib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv