Yaxın Şərqdə yeni müharibəyə 24 saat qaldı: “Əgər sağ qalmaq istəyirsinizsə, cənuba qaçın” – “Hizbullah”dan İsrailə son XƏBƏRDARLIQ

7 oktyabr 2023-cü ildən Qəzzanı qan gölünə çevirən İsrail hücumlarını ləngitmədən davam etdirərkən, Yaxın Şərqdə diqqətçəkən proseslər yaşanır.

Yenicag.az xəbər verir ki, “Hizbullah”ın Təl-Əvivə hücumlarından sonra İsrail ordusunun “Hizbullah” lideri Həsən Nəsrullahın müavinin öldürdüyü iddia edilib. Bu çərçivədə Livanın sosial media hesabları və xəbər saytları Yaxın Şərqdə yeni müharibənin 24 saat ərzində başlayacağını bildirir. Xəbərlərdə qeyd edilir ki, “Hizbullah” İsraili hədələyərək, “Əgər sağ qalmaq istəyirsinizsə, cənuba qaçın” deyib.

Livan mərkəzli “Hizbullah”ın atdığı raketlərin səbəb olduğu yanğınlar İsrailin şimalında geniş bir əraziyə təsir edib. Bu arada komandaların yanğınları söndürmək üçün kifayət etmədiyi üçün İsrailin gücləndirmə dəstələri tələb etdiyi bildirilib. İsrail mediası şimalda Yuxarı Qalilenin Kiryat Şimona bölgəsində yaşayış məntəqələrində davam edən yanğınları nəzarət altına almaq üçün aparılan işlər zamanı 6 yanğınsöndürənin yaralandığını açıqlayıb.

Bundan başqa, KİV-lər Kiryat Şimona və Təbəriyyədə havanın temperaturunun 43 dərəcəni keçdiyini yazıb və 15 yanğın nöqtəsinin mövcudluğunun yalnız Qaliley və Qolan (işğal olunmuş Suriya əraziləri) bölgələrində müşahidə edildiyini qeyd edib. Bundan başqa, İran bu hücumlara cavab olaraq İsrailin Livana girməsinə qarşı Təl-Əvivə xəbərdarlıq edib. İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İsrail haqqında “Sionistlər bu münaqişədə zərər görəcəklər” deyib. Livan mətbuatında çıxan xəbərlərdə ABŞ-ın hələlik bağlı qapılar arxasında İsrail-Livan müharibəsinin qarşısını aldığı yazılıb.

Digər tərəfdən, Livan mediasının Telegram kanallarına əsaslanan xəbərlərdə “Hizbullah”ın hərtərəfli müharibə üçün son hazırlıqlarının tamamlandığı bildirilib. “Hizbullah” tərəfdarı “Telegram” kanalları hazırda İsrailə qarşı təhdidlərlə doludur, bunlardan ən diqqət çəkəni “Həftənin sonuna qədər vaxtınız var, sağ qala bilməzsiniz, sizə məsləhətim cənuba qaçmaqdır”, paylaşımlarıdır.

Bu yazıların səbəbi “Hizbullah” lideri Nəsrullahın ən mühüm müavinlərindən biri olan Hasdim Safinin öldüyü iddiasıdır. “Hizbullah” qanadı Safinin öldüyünü iddia etsə də, nə İsrail, nə də Beyrut qanadı mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

İsmayıl Bakuvi

COP29