Yaxın Şərqdəki müharibəyə İranı sürükləmək cəhdi: “Proses Türkiyənin sərhədinə gəlib”

“İrandakı teokratik rejimi çökdürüb, Türkiyəyə müdaxilə etmək istəyəcəklər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Qərbin Yaxın Şərqdəki müharibəyə İranı sürükləmək cəhdi və bunun regionumuza təsirini şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, İranı birbaşa müharibəyə cəlb etmək istəyirlər:

“İranda, Yaxın Şərqdə, eləcə də Türkiyədə çox böyük hörmətə sahib olan Tehranda prezidentin andiçmə mərasimindən sonra öldürülməsi çox ciddi hadisədir. Bu İranın həm təhlükəsizlik sistemin, yeni prezidentin iddialarına cavabdır. İran daha çox ciddi bəyanatlar verir, ancaq görünən odur ki, rəsmi Tehranın böyük bir fiquru qorumaq imkanları yoxdur.

HƏMAS-la İsrail toqquşmasında İranın adı çox hallanırdı. İran Yaxın Şərqdə baş verənlərə proksi qüvvələri ilə qarışırdı. ABŞ və müttəfiqləri isə İranı bu müharibəyə cəlb etmək istəyir. Baş verənlər ABŞ və Qərbin “Böyük Orta Doğu” layihəsinin tərkib hissəsidir. İran Türkiyənin sərhədidir. Məzhəb ayrımçılığı var. Hədəfdə İrandan daha çox Türkiyəni görürəm. 1999-cu ildə ABŞ diplomatları ilə qeyri-rəsmi görüşümüzdə (yeri gəlmişkən, orada İsrildən olan diplomatlar da var idi – Z.M) orada açılan bir məsələni deyəcəm. “Böyük Orta Doğu” layihəsi müsəlman coğrafiyasında ABŞ-nin müttəfiqi olan İsrailin nəzarət paketini artırmaq, Türkiyəni daxili savaşa, iqtisadi çətinliklərə və xaosa sürükləmək proqramı idi. İndiki zamanda onu görürəm. Türkiyə iddialıdır. Fələstinlə bağlı İsraillə bütün münasibətlər pozulub. Artıq təhdidlər, hədələr səsləndirilir. Proses Türkiyənin sərhədinə gəlib. Türkiyə buna biganə qala bilməyəcək. İrandakı teokratik rejimi çökdürüb, Türkiyəyə müdaxilə etmək istəyəcəklər. Baş verənlər Türkiyənn hədəfdə olduğunu göstərir”.

Səxavət Məmməd

COP29