Yaxın yarım ayda Tehrandakı səfirliyimiz yenidən işə başlayır

Yaxın 20 gündə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi yenidən fəaliyyət göstərəcək.

Yenicag.az Mizan-a istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçulu deyib.

XİN-in Avrasiya şöbəsinin baş direktoru bildirib ki, Bakıdakı İran səfirliyinə hələlik yeni səfir təyin olunmayıb:

“Səfir təyinatı uzun bir prosesdir, ilk növbədə, yeni administrasiya qurulmalı, sonra yeni səfir təyin edilməlidir”.

Xatırladaq ki, Azərbaycan səfirliyi yeni binada fəaliyyət göstərəcək.

 

COP29