!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Yaxında Azərbaycanla Türkiyə arasında bir çox anlaşmalar imzalanacaq" - Ərdoğan

Reklam: Sinerji Pro

“Şuşanın azadlığa qovuşması Azərbaycan torpaqları üçün sadəcə torpağını geri əldə etmək demək deyil. Bu gözəl şəhəri işğaldan qurtarmaqla bütün Qarabağ və Azərbaycan torpaqları ən qısa zamanda bərpa edilərək, əsil kimliyinə qovuşacağına inanıram. Türkiyə olaraq biz hər cür dəstəyi davam etdirəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında iyunun 15-16-da Azərbayacana səfəri haqqında danışarkən deyib.

Ərdoğan bildirib ki, Qarabağın Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Xocavənd rayonları da eyni şəkildə sürətlə bərpa ediləcək.

Ərdoğan əlavə edib ki, Qarabağ zəfərinin Azərbaycan və bölgə üçün nə anlama gəldiyini önümüzdəki illərdə daha yaxşı şəkildə anlaşılacaq.

İyununun 16-da Azərbaycan Parlamentində çıxış etdiyini xatırladan Ərdoğan deyib ki, bu bölgə dünyanın öz siyasi və ekonomik iddialarının istifadə vasitəsi halına gətirənlərin qırıldığı yer olacaq.

www.yenicag.az

393
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100