Ermənistanın Tavuş vilayətində polis rəisinin müavini etirazçılara qarşı güc tətbiq etməsinə haqq qazandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Karen Akopyan Kirants yolunu kəsən sakinlərə qarşı güc tətbiq edərək onları saxlamasının nəyə əsaslandığına belə cavab verib: “Yaxşı etmişəm, qanuni əsaslarım var idi. Heç bir zorakılıq olmayıb, hər şey qanun çərçivəsində edilib”.
Qeyd edək ki, may ayının 2-də Azərbaycanla delimitasiya və demarkasiya prosesinə etiraz edən 30-dan çox erməni saxlanılıb. /unikal