“Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”

“Zaqrebdə olduğumuza və “Dinamo” kimi kluba qarşı oynayacağımıza görə çox xoşbəxtəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyada “Dinamo” klubuna qarşı keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Fransalı yarımmüdafiəçi qarşılaşmaya hazır olduqlarını bildirib:

“Çempionlar Liqasında mübarizəyə başladığımız ilk gündən bəri məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Artıq sabah pley-offda ilk görüşümüzü keçirəcəyik. Bu bizim üçün yaxşı fürsətdir. Şanslarımızdan yararlanmalıyıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdə keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Evdə oynanılacaq cavab görüşü isə ayın 28-də saat 20:45-də başlayacaq.

COP29