Keyfiyyətli təbii süd çox faydalı və hətta müalicəvi məhsuldur.
Belə süd dişlər, sümüklər, saç, dəri, ürək-damar və immun sistemlərinə olduqca müsbət təsir edir. Lakin…
Son zamanlar süd və süd məhsulları ən çox saxtalaşdırılan məhsullardandır.
Yaxşı südü saxta süddən necə ayırmaq olar? Bunu Moskva Dövlər Qida Sənayesi Universitetinin rektoru professor Dmitriy Edelev izah edir.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə südün xarici görünüşünə fikir vermək lazımdır. Təbii süd daha qatı olur və qabın divarlarında ağ ləkələr saxlayır.
Təbii südü suya əlavə edəndə süd aşağı çökür. Südə su əlavə olunubsa, belə “süd” asanlıqla su ilə qarışacaq.
Südü stəkana töküb isti yerdə (məsələn, mətbəxdə) saxlayın. Süd 24 saat ərzində turşuyubsa, bu o deməkdir ki, süd təbiidir. Prosesi sürətləndirmək üçün südə 1 ç.q xama əalvə edin. Təbii süd 3-4 saatdan sonra qatığa çevriləcək.
Süd turşumayıbsa, bu o deməkdir ki, bu süd təbii deyil və onun tərkibində, palma, kokos və s. yağlar var. Digər səbəb – südə antibiotiklər əlavə olunub.
Bəzən südü daha qatı etmək üçün ona nişasta əlavə olunur. Südə bir neçə damçı yod tökün. Nişasta varsa, süd dərhal göyərəcək, yoxdursa saralacaq./Saglamolun/