Yay fəslində baş verən ZƏHƏRLƏNMƏLƏR: Səbəb nədir? – AÇIQLAMA

Son dövrlərdə tez-tez zəhərlənmə hadisələrinə rast gəlinir. Onların çoxu adətən, qida zəhərlənmələri olur.

Bəs bunun səbəbi nədir? Gigiyenaya nəzarət etməmək, yoxsa?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, belə hallar hər gün olmur:

“Bizə qida zəhərlənməsi üzrə o qədər də müraciət edilmir. Çox vaxt məsləhət almaq üçün gəlirlər.

Zəhərlənmələrin çoxu meyvə-tərəvəzlərdən olur. Həmçinin də konservalardan da insanlar zəhərlənir. Hər gün belə hadisələr olmur.

Sanitar rejim pozulanda zəhərlənmələr baş verir. Yeməklərin gigiyenasına diqqət etmək lazımdır”.

Şahanə Paşa