Yay fəslinin “DÜŞMƏN”İ: Günəş yanıqları zamanı nə etməli? – ARAŞDIRMA

Yay aylarının ən yorucu tərəflərindən biri də günəş yanıqlarına məruz qalmaqdır. Hər nə qədər dənizə, istirahətlərə getsək də, günəş yanıqlarını nəzərə almırıq. Hətta bəzən həmin yanmalar o qədər ağrılı olur ki, dözmək mümkün olmur.

Bəs günəş yanıqlarının necə qarşısını ala bilərik? Təbii yollarla ağrıları necə azaltmaq olar?

Əvvəla günəşin yandırdığı bölgələr daima qaşınır. Həmin bölgələri qaşımaq olmaz. Çünki sonra xoşagəlməz izlər yarana bilər. Qızarmış yerləri soyuq suda islanmış parça ilə silmək lazımdır. Bu proses gündə 3-4 dəfə təkrarlanmalıdır.

Günəş yanığı olan zaman isti vanna yerinə soyuq su ilə duş qəbul etmək daha yaxşıdır.

Dərinin rəngi dəyişib qaraldıqda isə, üzərinə antibiotik kremlər çəkilməlidir. Təbii məhlullardan isə, aloe vera, alma, lavanda yağı və s. günəş yanıqlarında faydalıdır.

Qeyd edək ki, bütün bunların yaranmaması üçün əvvəlcədən günəş kremindən istifadə etmək lazımdır. Krem suya girmədən 2 saat əvvəl çəkilməli və hər 2 saatdan bir yenilənməlidir. Çünki allergiyalı insanlarda günəş yanmaları əks reaksiya verə bilər.

Şahanə Paşa