Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto məlumat paylaşılıb. Fotoda qeyd edilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu sadəcə cəmiyyətdəki etik qaydalara uyğun olaraq verilən bir qərardır.
“Təhsil müəssisələrinin daxili nizam-intizam qaydaları var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır”, – deyə əlavə edilib.