Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yay imtahan sessiyası bu tarixdə keçiriləcək - RƏSMİ

“Yay imtahan sessiyasının iyun – iyul aylarında keçirilməsi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Ceyhun Bayramov qeyd edib ki, bu il universitetlərdə tədris ilinin uzadılması isə nəzərdə tutulmur:

“Hərbi çağırış dövrü nəzərə alınaraq, oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub. Yay imtahan sessiyasının iyun – iyul aylarında keçirilməsi planlaşdırılır. Bu aylarda imtahanda iştirak edə bilməyən tələbələr ali təhsil müəssisələrinə məlumat verməlidirlər. Həmin tələbələr üçün yeni tədris ili öncəsi, yəni avqustda imtahan təşkil ediləcək”.

Gülşən Şərif

www.yenicag.az

489