Yay məktəblərində iştirak edən məktəb və şagirdlərlə bağlı YENİ MƏLUMAT

Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq 2020-2021-ci tədris ilində ödənişsiz və könüllü əsaslarla təşkil edilmiş “Yay məktəbi” layihəsi artıq yekunlaşıb.

Yenicag.az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayev bildirib ki, pandemiya şəraiti ilə əlaqədar olaraq şagirdlərə bilik və bacarıqların mənimsənilməsində məsafədən təhsilin yaratdığı çətinliklərin həllinə dəstək göstərilməsi məqsədilə keçirilən “Yay məktəb”ləri ictimaiyyət tərəfindən də müsbət qarşılandı.

Onun sözlərinə görə, “Yay məktəbi”ndə ümumilikdə ölkə üzrə 3136 məktəb, 27 474 nəfər şagird və 59 420 nəfər müəllim iştirak edib.