Yay mövsümü üçün alınan tur paketlər ləğv ediləcəkmi?

Dövlət Turizm Agentliyinin rəsmisi yay mövsümü üçün tur paketlərin ləğvi məsələsinə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, Agentliyin mətbuat katibi Kənan Quluzadədeyib kiyay mövsümünə hələ çox var.

“Ümid edirik ki, yay üçün götürülən öhdəliklər tək Azərbaycanda deyil, həmçinin dünyada da qüvvədə olacaq. İndidən yay üçün alınan tur paketləri ləğv etmək hələ tezdir”, – o bildirib.

K.Quluzadə əlavə edib ki, hər bir halda insanların seçimlərindən asılı olaraq, ləğv edilə, yaxud da saxlanıla bilər.

Xatırladaq ki, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycanda bir sıra zəruri tədbirlər görülür. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətləri tətbiq edir, bu hərəkət məhdudiyyətini  Qərargah 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb. Bununla yanaşı, ölkədə aviareyslər məhdudlaşdırılıb və sərhədlərdə isə yükdaşınma sahəsində fəaliyyət göstərən avtomobillərin keçidinə icazə verilir. /Report/