Yay Olimpiya Oyunlarında iştirak edəcək millimizin heyəti

Azərbaycan Olimpiya komandası bu günə qədər Paris-2024 Yay Olimpiya Oyunlarına 15 idman növündə 48 lisenziya qazanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.az-a Milli Olimpiya Komitəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, güləşdə 12 (sərbəst güləş – 6, yunan-Roma güləşi – 5, qadın güləşi – 1), cüdoda 9, gimnastikada 7 (bədii gimnastika fərdi – 1, batut gimnastikası – 1, bədii gimnastika komanda yarışı – 5), boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə isə 2 idmançı Paris Olimpiadasında iştirak edəcək. Atletika, qılıncoynatma, taekvondo, atıcılıq, triatlon, avarçəkmə və kamandan oxatma yarışlarında isə bir idmançı yarışacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan idmançıları:

Badminton:

Edi Reski Dviçayo (kişilər, fərdi);

Keişa Fatimə Zəhra (qadınlar, fərdi).

Gimnastika:

Bədii gimnastika:

Zöhrə Ağamirova.

Bədii gimnastika qrup hərəkətləri komandası:

(Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümbətova və Darya Sorokina).

Batut gimnastikası:

Selcan Mahsudova.

Güləş:

Sərbəst güləş:

Əliabbas Rzazadə (57 kq);

Hacı Əliyev (65 kq);

Turan Bayramov (74 kq);

Osman Nurmaqomedov (86 kq);

Maqomedxan Maqomedov (97 kq);

Giorgi Meşvildişvili (125 kq).

Yunan-Roma güləşi:

Murad Məmmədov (60 kq);

Həsrət Cəfərov (67 kq);

Sənan Süleymanov (77 kq);

Rafiq Hüseynov (87 kq);

Sabah Şəriəti (130 kq).

Qadın güləşi:

Mariya Stadnik (50 kq).

Atletika:

Anna Skidan, çəkicatma.

Boks:

Nicat Hüseynov (51 kq);

Malik Həsənov (63,5 kq);

Murad Allahverdiyev (80 kq);

Alfonso Dominqes (92 kq);

Məhəmməd Abdullayev (+92 kq).

Taekvondo:

Qaşım Maqomedov (58 kq).

Atıcılıq:

Ruslan Lunyov (10 m pnevmatik tapança, 25 m kiçik çaplı tapançadan sürətli atış).

Basketbol:

Qadın yığması, 3×3 növü.

Avarçəkmə:

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə).

Triatlon:

Rostislav Pevtsov.

Qılıncoynatma:

Anna Başta, (sablya).

Kamandan oxatma:

Yaylagül Ramazanova.

Üzgüçülük:

Məryəm Şeyxəlizadəxangah (50 m sərbəst üsul);

Ramil Vəlizadə (200 m batterflyay).

Cüdo:

Balabəy Ağayev (-60 kq);

Yaşar Nəcəfov (-66 kq);

Hidayət Heydərov (-73 kq);

Zelim Tçkayev (-81 kq);

Elcan Hacıyev (-90 kq);

Zelim Kotsoyev (-100 kq);

Uşanqi Kokauri (+100 kq);

Leyla Əliyeva (-48 kq);

Gültac Məmmədəliyeva (-52 kq).

COP29