“Yay ishalı” və ya “turist ishalı” adlandırılan xəstəlik ölümcül ola bilər.
Yenicag.az türk mediasına istinadən bildirir ki, bu barədə professor Alper Şener danışıb. Onun sözlərinə görə, xəstəliyə yayda daha çox rast gəlinir:
“Tətillərdə müxtəlif qidalar qəbul etdikdə, heç bir xəstəlik olmasa da, bağırsaqlarda dəyişiklik baş verə bilər. Bəzi hallarda ishalı salmonella və shigella kimi bağırsaq patogenləri ilə qarışdırırlar. Onları fərqləndirmək lazımdır. Çünki zəhərlənmə zamanı mütləq antibiotik qəbul edilməlidir.
Çimərliklərdə satılan hazır yeməklər təhlükəli ola bilər. Bu cür qidalar isti havada qalıb xarab olur və ürəkbulanma, qusma, ishal kimi əlamətlərə səbəb olur. Ona görədə, bu cür qidaları almaqdansa, özünüz bişirdiyiniz yeməkləri istifadə edin. Bu cür məhsulların qəbul edilməsi yay ishalına səbəb olur ki, bu da 65 yaşdan yuxarı və 5 yaşa qədər olan uşaqlar üçün ölümcül ola bilər”./Metbuat.az