Azərbaycanda dəniz mövsümünə hələ beş ay qalsa da, çimərliklərə giriş artıq indidən dəmir çəpərlərlə hörülüb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, ilk dəfədir, qışda çimərlik problemi gündəmə gətirilir. Deyəsən, işbazlar yayın “işi”ni artıq qışdan görməyə başlayıblar.
Paylaşımda qeyd edilib ki, söhbət “Zuğulba çimərliyi” deyilən ərazidə çimmək üçün yararlı (təhlükəsiz) sahənin ətrafdakı restoranlardan biri tərəfindən çəpərlənməsindən gedir.
Buzovna sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.