Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Yaz aylarında enerjimizi artıran qidalar - SİYAHI

Havaların dəyişkən keçməsi ilə əlaqədar olaraq vücudumuzdakı maddələr mübadiləsi(metabolizm) adaptasiya olmaqda çətinlik çəkir.

Bəs yaz aylarında itirilmiş enerjini qaytarmaq və yorğunluğu aradan qaldırmaq üçün nə etmək lazımdır?

Yenicag.az xəbər verir ki, mütəxəssislər ilk növbədə güclü antioksidant tərkibə malik olan meyvə və tərəvəzlərlə qidalanmağı məsləhət görürlər. Həmin qidalar mineral və vitaminlərlə zəngin olmaqla yanaşı, eyni zamanda orqanizmdəki itirilmiş enerjini bərpa edərək özümüzü gümrah hiss etməyimizə səbəb olur.

Həmin qidalar bunlardır:

1. Ənginar – C vitamini, fosfor, maqnezium, kalium və başqa minerallarla zəngin olan ənginar ən güclü antioksidantdır. Həmçinin, 1 ədəd ənginarın tərkibində 56 faiz kalori vardır.

2. Çiyələk – Daxilində olan və ona qırmızı rəngi verən maddə sayəsində antioksidant tərkibə malikdir. Orqanizmin immunitet sisteminin artmasına kömək edən çiyələk, eyni zamanda yorğunluğu aradan qaldıraraq enerjini bərpa edir.

3. Pərpətöyün – Tərkibində A vitamini, sink, fosfor, mis, manqan və kalsium kimi mineral və vitaminlərlə zəngin olan bu bitkidə eyni zamanda omeqa-3 yağ turşusu da var. Həmçinin 100 qram pərpətöyünün başında 16 faiz kalori var.

4. Ananas – Yorğunluğa səbəb olan şişin atılmasında effektiv təsirə malik meyvədir. C vitamini və tərkibindəki bromelain fermenti sayəsində immunitet sistemini qoruyaraq, orqanizmin müqavimətini artırır.

5. Yaşıl Noxud – Dəmir, manqan, mis, sink və kalsium kimi minerallarla yanaşı, lif tərkibli olması ilə immuniteti gücləndirir. Eyni zamanda sinir sisteminin rahatlamasına yardım edərək, yüksək enerji verir.

6. Alça – Mövsümün ən qaçılmaz meyvələrindən olan alça həm sinir sistemini rahatladır, həm də qəbizlik problemini aradan qaldırır. A, C, fosfor,kalium və başqa vitamin və minerallarla zəngin olan alça qanda şəkəri yüksəltmədiyi üçün kilo verməyi asanlaşdırır.

7. Mərəçüyüd – K, A, C vitamini və dəmirlə zəngin olan bu bitki bağırsaq florasını təmizləyərək, faydalı bakteriyaların artmasına səbəb olur. Maddələr mübadiləsini sürətləndirərək, enerjini bərpa edir və yorğunluğu aradan qaldırır.

8. Adi Çuğundur – Həm kökü, həm də yarpaqları yeyildiyi üçün vitamin və minerallarla zəngindir. Kökü yüksək miqdarda antioksidant, yarpaqları isə A, K vitaminlərilə zəngin olan çuğundur immunitet sisteminin qorunması, qanın laxtalanması və sinir sisteminin güclənməsinə yardım edərək, orqanizmin dayanıqlığını artırır.

Tahirə Nur

www.yenicag.az

10955