!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yazılı və test imtahanları: Bu universitetlər niyə 100 il öncədə qalıb? - RƏY

!Reklam – Yazi

Artıq bir çox universitetlərdə semestr imtahanları kompüter sisteminə keçid edib. Belə ki, Azərbaycan universitetlərinin böyük bir qismində imtahanlar ya onlayn formatda, ya da kompüter sistemində keçirilir. Amma Bakı Dövlət, Azərbaycan Dövlət Neft, Avrasiya və s. universitetlərdə hələ də ənənəvi sistem olan yazılı imtahanlar tətbiq edilir.

Bəs bunun səbəbi nədir? Texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə bəzi universitetlər niyə 1 əsr öncədə qalıb?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu məsələ dəfələrlə qaldırılıb:

“Elə BDU-da bir neçə il öncə imtahanların kompüter vasitəsilə keçirilməsi ilə bağlı iş görülürdü. Sadəcə imtahana bir neçə gün qalmış müəllimlər tələbələrə sualları paylamışdı. Buna görə də rektor səviyyəsində qərar verildi ki, imtahanlar bu tərzdə olmasın. Hər kəs bilet çəksin.

Əlbəttə texnologiya dövrüdür, imtahanlar test üsulu olsa, daha yaxşı olar. Amma şəffaf rejim qurmaq, sualların sızmasının qarşısını almaq üçün komissiya təşkil olunmalıdır. Bunu etmək o qədər də çətin deyil. Universitetin öz əlindədir. Ancaq görünür ki, ya maddi problemlər var, ya da universitet bunu etmək marağında deyil”.

Şahanə Paşa

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv