!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yazırlar ki, “ördək dodaq”, “ağla da, atan ölüb”…” – Şəfəqdən sərt sözlər

!Reklam – Yazi

Fevral ayının 20-də xərçəng xəstəliyindən dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz paylaşımı ilə diqqət çəkib.

Yenicag.az xəbər veri ki, o, “Instagram” hesabında onu tənqid edənlərə cavab verib.
Şəfəq onu işinə görə və yas saxlamamaqda günahlandıranlara qarşı sərt ifadələr işlədib:

“Şərhlərə görə özümü nə qədər yaxşı etməyə çalışsam da, məni yıxırlar. Həmin an qılınclamağa başlayırsınız. Atamı məndən çox sevməyəcəksiniz. Atamı gözüm görə-görə qəbrə qoyurdular. Məsciddə onun üzünü açdım, necə şokda idimsə, gözümdən yaş çıxmırdı. Kimin nə arzusu var idisə, yerinə yetdi.
Cavidanı verilişə çağırdılar ki, atası haqda danışsın. Toy-bayram deyildi. Harada görürsünüz, nələrsə yazırsınız. Atam xəstə olanda, yanında mən, Cavidan və o biri qardaşım olur. Bundan sonra Cavidana anayam, o da mənim atamdır. Yazdıqlarınızı götürə bilmirəm. İşimi məcbur edirəm. Qızım Ayan da, mən də o qədər bədbəxt adamıq ki, bir küncə çəkilib acımızı yaşaya bilmirik.
Allah bizi elə bədbəxt yaradıb ki… Məcburuq işləməyə, gəlinlər yazmışıq, bəzəməsək, işimiz qalır. Kirayəmizin qiyməti 10 min manatdan çoxdur. İşləməsək, heç kim o pulu verməyəcək. Kaş ki, maaşa işləyərdim, 1 ay icazə alıb dərdimi çəkərdim.

Yazırlar ki, “ördək dodaq”, “ağla da, atan ölüb”… Bir daha makiyajlı, bəzənmiş, saçları sarı Şəfəqi yəqin ki, bir il sonra görərsiniz”. Toy, bayram, var-dövlet, gəlinlik, saç-makiyaj, master klass və s. Bütün varlıqlar sizin olsun. Mən özümü hələ ki hazır görmürəm, bağışladım sizə”.
Qeyd edək ki, Ramiz Novruz uzun müddət müalicə alsa da, 67 yaşında mədə xərçəngindən dünyasını dəyişib.

www.yenicag.az

24986
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv