Yeddi ayda sahibkarlara verilən güzəştli kreditin həcmi açıqlandı

Qadın və gənc sahibkarlar bizneslərini inkişaf etdirmək üçün dövlətin güzəştli maliyyə mexanizmlərindən yararlanırlar.

Sahibkarlığın İnkişafı Fondundan Yenicag.az-a bildirilib ki, 2023-cü ilin 7 ayı ərzində 136 qadın və gənc sahibkara 8,5 milyon manat güzəştli kredit verilib.

Verilmiş kreditlər hesabına 67 yeni iş yerinin yaradılması nəzərdə tutulub.