“İyrənc xəyanətinin içində nesə çabaladığını gördüm, ondan çıxmaq üçün ən axırıncı yola əl atdın”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva sosial şəbəkə hesabında yazıb.
Sənətçi ad çəkmədən onu məhkəməyə verən şəxsi hədələyib:
“Görürsən, necə utanırsan etdiyin hərəkətdən? Alnındakı damğanı silmək üçün öz adını mənə qoyursan. İyrənc xəyanətinin içində nesə çabaladığını gördüm, ondan çıxmaq üçün ən axırıncı yola əl atdın.
Etdiklərinin bədəlini balaların ödəyir. Özün də görürsən, birinin xeyrin görmədin. Allah hamısını bir-bir yaşadır balalarına. Hələ bir məni məhkəməyə də verib. Bir də həbsimi istəyib.
Sən onu görməyəcəksən. Susum deyə qorxudan şikayət etmisən? Sən məni heç nə ilə susdura bilməzsən. Yediyin yetim haqqımızı gətirərəm burnundan. Hələ bu harasıdır, konsert qabaqdadır”.
Şərhlərdə onun doğma xalası ilə problem yaşadığı vurğulanıb.
Nehru