Yeganə: “Abırlı qızları alan olmur” – VİDEOMÜSAHİBƏ/FOTOLAR

Yenicag.az-ın “Hər şeydən bir az” layihəsində söhbətə çəkdiyimiz qonaq ARB-nin “Boş anlar” verilişinin aparıcısı Yeganə Cansaildir.

Onunla hər şeydən danışdıq – başqasının ərini əlindən alıb, özünü ailəli qadın kimi aparan məşhur müğənnilərdən, sevgidən, evli kişi ilə eşq yaşamaq qorxusundan, xəyanətdən, qeyri-səmimi münasibətlərdən… O, şəxsi həyatı ilə bağlı ilk dəfə etiraflar etdi.

Deyir, abırlı qızları alan olmur, bir az abırsız olmaq lazımdır: “Neyləyim ki, özümü gözə soxmağı xoşlamıram. İstəyirəm sakit oturum, insanlar özləri məni kəşf etsinlər”.

“Sevgidə zəif oluram, Allah məni evli kişinin sevgisindən qorusun”- deyən Yeganə belə halla qarşılaşsa, verəcəyi qərarı da gizlətmədi.

Videomüsahibəni təqdim edirik.

Cəvahir
Emin Yakub