Yeganədən QINAQ ATƏŞİ: “Küçədə gəzmək olmur, hara baxırsan…”

“Bu gün Bakının küçələrində kişilərin yerə atdıqları siqaret kötüklərindən gəzmək olmur”.

Bunu aparıcı Yeganə Həsənova Yenicag.az-a açıqlamasında deyib.

Aparıcı paytaxt küçələrində addımbaşı rast gəldiyi siqaret kötüklərindən danışıb və bu cür hərəkətə görə həmin insanlara cəza tələb edib:

“Bu gün Bakının küçələrində kişilərin yerə atdıqları siqaret kötükləri ucbatından gəzmək olmur. Elə bil böyük bir külqabının içindəsən. Siqaret kötüklərini yerə atan adamları cərimə etmək lazımdır ki, bir də belə hərəkət etməsinlər. Hərçənd ki, cərimə tətbiq olunub, qiymətlər müəyyən edilib. Amma bu nə dərəcədə realdır və tətbiq edilir? Mən küçədə hələ də yerə siqaret kötüyü atan adamlarla mübahisə, ya dava edirəm. Amma xeyri də olmur. Çünki yenə də küçələr siqaret kötüyü ilə doludur.

Digər şəhərlərdə belə hallarla nadir halda rastlaşıram. Məsələn, Tiflisdə şəhərdə gəzəndə küçələrdə tək-tük halda siqaret kötüyü ilə qarşılaşdım. Bir dəfə Tiflisdə olanda yanımda olan bir şəxsin siqaret çəkib kötüyünü ağacın dibinə atdığını gördüm. Birdə baxdıq ki, şəhərsalma idarəsindən sinəsində mikrafon olan bir xanım kiçik kamera ilə həmin şəxsə yaxınlaşıb dedi ki, özünüzü təqdim edin, kimsiz, nəçisiz, haradan gəlmisiz, siqaret kötüyünü niyə yerə atmısız? Sonra da,  “götürün aparın zibil qutusuna atın”, – deyib, ona xəbərdarlıq da etdi ki, bunu bir də təkrarlasaz, sizi külli miqdarda cərimə edəcəyik. Amma Bakıda gəzirsən, baxırsan, elə bir yer yoxdur ki, orada siqaret kötüyü olmasın. Hətta zibil qutusunun lap yanında siqaret kötükləri görmüşəm. Ay insan, bunu zibil yeşiyinə at, bu bizdə nə axmaq xasiyyətdir axı?”

Cəvahir