Yekun protokollarının hazırlanması qaydası təsdiqləndi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair məsələ müzakirəyə çıxarılıb.

Yenicag.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə, habelə mövcud seçki qurumlarının sayına uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət olmaqla hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, habelə hər bir seçki komissiyası üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.