Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.
Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.
İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.
Zərərçəkənlərin xəsarətləri ağır olmayıb.