Daha bir yardım təşkilatı seks qalmaqalına qarışıb.
Yenicag.az xəbər verir ki, söhbət ABŞ-ın “World Vision” yardım qurumundan gedir.
Məsələ burasındadır ki, sözügedən təşkilatın işçiləri Haitidə yardıma möhtacı olan insanlara cinsi əlaqədə olmaq qarşılığında qida paylayıblar. İddiaya görə, xoşagəlməz hadisə 2010-cu ildə Haitidə qeydə alınan güclü zəlzələdən sonra baş verib. Qurumun ABŞ-dakı baş ofisindən də xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, daha əvvəl də İngiltərənin “Oxfram” təşkilatı eyni qalmaqalla gündəmə gəlmişdi.