Yeməkləri haqqında pis şərh yazan 2 nəfərin başına mükafat qoydu

Yaponiyada qeyri-adi hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Kyoto şəhərində “TOYOJİRO” adlı restoranda yemək yeyən 2 nəfər sosial mediada yeməklər haqqında pis şərh yazıb.

Bundan qeyzlənən restoran sahibi isə çarəni onları öldürməkdə görüb. Belə ki, restoranın sahibi açıqlama verərək pis şərh yazan hər iki şəxsin başına 100 min yen mükafat qoyulduğunu bildirib.

O qeyd edib ki, həmin şəxslər gəlib restoranda yenidən yemək yeməli və pis şərhləri yaxşıları ilə əvəz etməlidirlər. Yoxsa həyatları ilə vidalaşmalı olacaqlar.