!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəmən sahillərində insan qətliamı - 51 nəfəri dənizdə boğdular

!Reklam – Yazi

Yəmən sahillərində insan qaçaqmalçıları 120 afrikalını dənizə atıb.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Dənizə atılan qaçqınlardan 51-i boğularaq ölüb. Onların orta hesabla 16 yaşında olduqları açıqlanıb.

Təşkilatın Yəmən üzrə nümayəndəsi Laurent de Boec insan qaçaqmalçılarının sahildə rəsmiləri gördükdən sonra, xilas olan qaçqınları suya itələyib atdığını qeyd edib.

Verilən məlumata əsasən, bu il ərzində 55 min qaçqın Yəmənə getmək üçün Somali yarımadasından köçüb.

Aytac

Yenicag.az

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv