!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəmən savaşından Azərbaycanın çıxaracağı dərs

!Reklam – Yazi

Fars rejiminin “Husi hərəkatı” planı barədə bilmədikləriniz…

ImageYəmən hökumətinin “Husilər”lə 5 ildən bəri davam etdiyi döyüşünün son mərhələsində, bir aydan qısa bir müddət ərzində 2000 adam öldü və 150.000 adam da evsiz qaldı. Yəmən hökuməti, İran tərəfindən silahlandırılan və təlimatlandırılan 15.000 nəfərlik Husi üsyançısıyla Səudiyyə Ərəbistanı sərhədindəki şimal Səda dağlarında döyüşməkdədir. Səudiyyə hava qüvvələri üsyançıların məntəqələrini bombalayarkən, Misir hava və dəniz qüvvələri Amerikanın maliyyəsi ilə Yəmən ordusuna silah-sursat daşıyır.

Bu, bir il içində Amerikanın müttəfiqi olan güclərin İranın dəstəklədiyi hərəkatlara qarşı ikinci döyüşüdür. Birincisi İsrailin Qəzzə Şəridində Həmasa qarşı təşkil etdiyi və yanvar ayında sona çatan 3 həftəlik hücum idi. İsrail hərbi qaynaqlarına yaxın “Debka” internet saytı xəbər verir ki, bu strateji bölgədəki yoxsul Qırmızı Dəniz ölkəsində vəziyyət illərdən bəri aparılan döyüşlər səbəbindən gərgindir. çünki bu torpaqlar ABŞ və İranın regional üstünlük qurmaq üçün mübarizə etdikləri strateji bölgələrdən biridir. Bu baxımdan baxıldığında Yəmən döyüşünün əhəmiyyəti 2006-cı il Livan döyüşü və Qəzzə qarşıdurması ilə müqayisə edilə bilər. Döyüşün nəticəsi, Kəngər Körfəzi və Qırmızı Dəniz bölgəsində, Amerikanın olduğu qədər Səudiyyə Ərəbistanı, Misir və bilvasitə olaraq da İsrailin İran qarşısındakı strateji mövqelərinə ciddi şəkildə təsir edəcək.

“Husilər” İrana nə üçün lazımdır?

“Husilər” şiəliyin Zeydi qoluna mənsubldurar. 1962-ci ildə devrilən Zeydi İmamət rejimini yenidən qurmaq üçün döyüşürlər. Adlarını hərəkətlərinin qurucusu olan və 2004-cü ildə Yəmən ordusu tərəfindən öldürülən Bədrəddin əl Husidən alırlar. Hazırda Abdülməlik əl-Husinin liderlik etdiyi Husi şiələriylə İran arasında, İranın Ərəb yarımadasının cənubunda, eynilə Hizbullah kimi hərbi bir təmsilçi qüvvə saxlamaq istəməsinin yaratdığı yaxınlaşmadan başqa bir ortaq nöqtələri yoxdur. İranlıların iki həftə içərsində “Husilər”ə göndərməyi bacardıqları silah-sursatın həcmi, hər nə qədər İran bu qabiliyyətini Hizbullahın 2006-cı il döyüşündəki itkinlərini təkrarlamaqdakı sürətiylə isbat etmişsə də, Vaşinqton, Sanaa, ər-Riyad və Qahirəni çaşdırıb. Buna görə Yəmən ordusu ağır silahlara sahib üsyançıları məğlub etməyə və hətta qarşıdurmaların Saada bölgəsindən paytaxt da daxil olmaqla ölkənin digər yerlərinə sıçramasını önləməkdə çox çətinlik çəkirlər. Obama da Səudiyyə Ərəbistanı və Misirin Yəmənə dəstək səyləri üçün çalışır. Bununla bağlı qərar hələ avqust ayında verilib. Beləcə, Barak Obama Hüsnü Mübarək və Kral Abdullah ilə birlikdə İran qarşısında mövqeyini ortaya qoyub. Baxmayaraq ki, döyüşlər dava etsə də, “Husilər”i məğlub etməkdə çətinlik çəkir. Əgər birləşmiş güclər “Husilər”in müqavimətini qıra bilməsələr bu Ərəbistanın son 18 il içində gördüyü, Səddam Hüseynin Küveyti işğal əmri verdiyi 1991-ci ildəki döyüşdən sonra ən böyük və ən təhlükəli savaş ola bilər.

Yəmən savaşından Azərbaycanın çıxaracağı dərs

Bəlkə də Azərbaycanda bir çoxlarının, hətta İrana simpatiya bəsləyən bəzi dövlət məmurlarının da Yəməndə baş verənlərdən xəbəri yoxdur. Xəbər tutanların çoxu da bu məsələ ilə bağlı İranın təbliğatına inanır, şiə qardaşlarımızın zülmə məruz qaldıqlarına inanırlar. Əsl həqiqətdə isə durum çox fərqlidir. Məsələ şiəliklə də bağlı deyil. Yuxarıda qeyd etdiyimiz kimi İran üçün strateji əhəmiyyət kəsb edən ərazidə fars rejiminin dəstəyi ilə silahlanan «Husilər» Hizbullah kimi İranın sifarişi ilə ortalığı bir-birinə qatırlar.

İran “Husilər”i necə hazırladı?

“Husilər”lə bağlı araşdırma apararkən, maraqlı məqamlar ortaya çıxdı. Bəlli oldu ki, «Husilər»in Yəməndə təşkilatlanması da Azərbaycandakı Hizbullah tərəfdarlarının öz təbliğat vasitələrini qurmaları ilə çox oxşarlıq təşkil edir. Bədrəddin əl Husi də Yəməndə İranın dəstək verdiyi hərəkatı yaradarkən, son dərəcə sivil vasitələrdən istifadə edib, sivil təşkilatlar (bizim variantımız: QHT-lər) yaradıb, media vasitələri qurub və bununla “Husilər”i günümüzə qədər gətirib. Başlanğıcda silahlı mübarizəyə “yox” deyən “Husilər” zavallı zeydiləri İranın oyuncağına çeviriblər. Necə ki, bu gün Azərbaycanda açıq şəkildə Hizbullahın təbliğatı aparılır. öncələri sadəcə bir kənddən və partiyadan istifadə edən fars rejimi bu gün onlarla QHT, qəzet və internet saytları ilə Azərbaycan gəncliyinə təsir etmək istəyir. Yüzlərlə gənclərlə hələlik Bakı küçələrində piket-məşq keçirirlər ki, sabah silahlı mübarizəyə nə vaxt start verilməsini müəyyənləşdirsinlər… Halbuki bir çoxları Qüdsün səmimi müsəlman olaraq, azad olunmasını istəyir və bu niyyətlə həmin insanlarla yanaşı dayanaraq, Qüds üçün azadlıq istəyirlər. Ancaq İrandan təlimat alan bəziləri “Husilər”in bu gün 1990-cı ildə birləşərək vahid bir dövlət olan Yəmənin başına gətirdiklərii bizə yaşatmağa hazırlaşırlar. Bəlkə də onların bir çoxu bundan xəbərsizdirlər, ancaq Venesullaya qədər uzanan Hizbullah hücrələrinin toxumlarını Azərbaycana çoxdan səpən İranın dəst-xətti bunu göstərir. Güneydəki soydaşlarımızı zülmə məruz qoyan fars rejimi Quzeyi heç vaxt yaddan çıxarmır. Biz də bu səbəbdən Yəməndə baş verənləri düzgün analiz etmək məcburiyyətindəyik. Ən azından ölkəmizdə belə qarşıdurmaları görməmək üçün…

www.yenicag.az

1594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv