Yəmənin qərbində üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və hökumət tərəfdarları arasında qanlı toqquşmalar baş verib.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, sutka ərzində Moha şəhərində qeydə alınan döyüşlərdə 50 üsyançı-husi və 19 tərəfdarı ölüb.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Yeniçağ.Az