!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəməndə uçan otel layihəsi hazırlandı

!Reklam – Yazi

Yəmənli biotexnoloq və elm kommunikatoru Haşim əl-Qaili “Sky Cruise” adlandırdığı uçan otel-təyyarə layihəsi hazırlayıb.

Yenicag.az xarici mətbuata istinadla xəbər verir ki, otel atom enerjisi ilə işləyəcək, bunun sayəsində o daim havada ola biləcək. Qonaqlar gğyərdəyə adi təyyarələrdə çatacaqlar, bunun üçün uçan otelin öz aerodromu olacaq. Eyni zamanda, konsepsiya çərçivəsində təyyarəni birbaşa süni intellekt idarə edəcək, pilotlar isə yalnız onun effektiv fəaliyyətinə nəzarət edəcəklər.

Ehtimal olunur ki, lüks otelin göyərtəsində eyni vaxtda 5000-ə qədər qonaq qala biləcək.

Bununla belə, layihə bir sıra suallar doğurur. Belə ki, ixtiraçının ideyasının aerodinamika qanunlarına zidd olduğu bildirilir. Həmçinin, qeyd olunur ki, göyərtəsində nüvə reaktoru olan təyyarə hər hansı şəhərin üzərinə düşərsə, bu, atom bombasının partlamasına bərabər olacaq.

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv