!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yəməndə üsyançılar telekanalın binasını ələ keçiriblər

!Reklam – Yazi

Yəmənin “Ənsərullah” (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan “Yemen El-Yevm” telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yemen El-Yevm” telekanalının əməkdaşı “Anadolu” agentliyinə xəbər verib.
O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

“Yemen El-Yevm” saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb.

Husilər həmçinin “Yemen.net” internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar.

www.yenicag.az

1583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv