Yəməndə vəbadan ölənlərin sayı 242 nəfərə çatıb

Son bir sutka ərzində Yəməndə 20 nəfər vəbadan vəfat edib.

Yenicag.Az “Report”-a istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, son 3 həftə ərzində ölkədə 242 nəfər bu xəstəliyin qurbanı olub. Habelə, daha 2460 nəfərə vəba diaqnozu qoyularaq tibbi nəzarət altına alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının Yəmən üzrə nümayəndəsi Nevio Zagaria jurnalistlərə bildirib ki, ölkədə vəba epidemiyası görünməmiş sürətlə yayılır. İlin sonuna qədər daha 250 min nəfərin vəbaya yoluxması ehtimalı var.
Zagaria iki ildir ölkədə hərbi əməliyyatların getməsi səbəbindən səhiyyə xidmətlərinin pisləşdiyi Yəməndə vəbanın qarşısının alınmasının çətinləşdiyini əlavə edib.

Yenicag.Az

COP29