Yəmənin bombalanması nəticəsində ölənlərin sayı 50-yə çatdı

Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda avtobusu havadan bombalaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat yayıb.

Hadisə nəticəsində daha 77 nəfər yaralanıb.

COP29